May ayının 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən onu təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Regional Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrkən həmin qadın ilə A. Cabbarovun mübahisəni davam etdirklərini gördükdə vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıb.

Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Arzu Cabbarov dərhal əməliyyat edilsə də, əməliyyatdan az sonra vəfat edib. Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir

23:40

Şəmkirdə özünə xəsarət yetirən şəxs xəstəxanada dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, həkimlərin səyinə baxmayaq qolun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanya yerləşdirilən 1968-ci il təvəllüdlü A. Cabbarovun həyatının xilas etmək mümkün olmayıb.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

***22:53

Şəmkir rayonunda 54 yaşlı kişi özünə xəsarət yetirib.

"Unikal"  xəbər verir ki, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Rayon sakini, 1968-ci il təvəllüdlü A.Cabbarov kəsici alətlə qol nahiyəsindən özünə ağır dərəcədə xəsarət yetirib.

O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat otağına aparılıb.

Hadisənin səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.