Rusiyalı alpinist Nepalda Everest dağına qalxarkən ölüb.
"Unikal"ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Nepalın Turizm Departamentinin məlumatında deyilir.
Bildirilib ki, 55 yaşlı rusiyalı Pavel Kostrikin 5 360 m yüksəklikdə dünyasını dəyişib.
Rusiya Federasiyasının Nepaldakı səfirliyi alpinistin cəsədinin bazar günü yarılma üçün Katmanduya aparılacağını bildirib.
Ağarza Elçinoğlu