Ukraynanın Xerson vilayətinin sakinləri bu il Rusiya pasportlarını ala biləcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın sözügedən bölgəyə təyin etdiyi hərbi-mülki administrasiyasının sədr müavini Kirill Stremousov bildirib.
"Rusiya pasportları burada veriləcək. Hesab edirəm ki, bu, bu il baş verəcək", - nümayəndə bildirib.
Stremousov qeyd edib ki, hər kəs sənəd almaq hüququna malik olacaq.
Qeyd edək ki, daha əvvəl rus rublunun Xersonda rəsmi valyuta kimi istifadə edilməsi planlaşdırılırdı.
Ağarza Elçinoğlu