Rusiyanın Kemerovo vilayətinin Tyajinski rayonunda 4 nəfər şiddətli yanğının qurbanı olub.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, vilayət qubernatorunun müavini Sergey Alekseyevin verdiyi məlumata görə, 228 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib.
98 evin yandığı hadisədə 12,5 min kvadratmetrdən çox ərazi məhv olub.
Yanğının söndürülməsi üçün 146 nəfərdən ibarət xilasetmə qrupu və 40 texnika cəlb olunub.
Gülayə Mecid