Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ciddədəki Kral Faysal Xəstəxanasına aparılıb.
"Unikal" krallığın rəsmi agentliyinə istinadən xəbər verir ki, 86 yaşlı Kral Salman bir sıra tibbi müayinələr üçün xəstəxanaya yerləşdirilib.
Kralın Salmanın kolonoskopiya etdirdiyi və nəticələrin məlum olduğu, ancaq istirahət üçün bir müddət xəstəxanada qalacağı bildirilir.
Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, 86 yaşlı Kral Salman bəzi tibbi müayinələrdən keçmək üçün dünən Ciddə xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Kral Salman bəzi tibbi müayinələrdən keçmək üçün 2020-ci ilin 20 iyulunda da xəstəxanaya yerləşdirilmişdi. O, 3 gün sonra öd kisəsindən uğurlu cərrahi əməliyyat keçirmişdi.