"Tezliklə Ukraynanın iki Qələbə günü olacaq".
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski 9 Mayla bağlı müraciətində deyib.
“Biz övladlarımızın azadlığı üçün vuruşuruq, deməli qalib gələcəyik. 8 milyondan artıq ukraynalının həlak olduğu İkinci Dünya müharibəsində əcdadlarımızın etdiklərini heç zaman unutmayacağıq. Və tezliklə Ukraynada iki Qələbə günü olacaq. Amma kiminsə, heç bir dənə də Qələbə günü olmayacaq”, - Ukrayna lideri vurğulayıb.
Zelenski Rusiya-Ukrayna müharibəsində iki ordunun deyil, iki fərqli dünyagörüşünün üz-üzə gəldiyini qeyd edib: “Düşmən denafikasiya sözünün şans qazanması üçün Ukraynanın 9 May günündən imtina edəcəyinə ümid bəsləyirdi”.
Ukrayna lideri ölkəsinin bütün ərazilərinin işğaldan azad olunacağına ümid etdiyini əlavə edib.
“Gec və ya tez biz qalib gələcəyik. Biz bura bizim torpağımız olduğu üçün qalib olacağıq”, - Zelenski deyib.