Zaqatala rayonunda doğuş zamanı ölüm faktı qeydə alınıb.
"Unikal" report-a istinadən xəbər verir ki, Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Yeddi aylıq hamilə olan qadın burada oğlan uşağı dünyaya gətirib.
Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və Təcili Tibbi Yardım avtomobili ilə Bakı şəhərinə aparılarkən yolda keçinib.
Qeyd edək ki, bu, Fatimət Musayevanın birinci hamiləliyi olub.