Ötən il Bakıda narkotik vasitələrin dövriyyəsi ilə bağlı ən çox fakt Sabunçu rayonunda qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.
Qeyd olunub ki, 2021-ci il üzrə narkotiklərin qanunsuz dövriyəsi ilə bağlı Sabunçu rayonun 639 fakt, Suraxanı rayonunda 509 fakt Binəqədi rayonu isə 481 fakt qeydə alınıb.
Sabunçu rayonu üzrə 432, Binəqədi rayonu üzrə 336, Suraxanı rayonu üzrə 288 nəfər cinayət məsuliyyətinə cəlb edilib.