Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi üçün təlimat hazırlayıb.
"Unikal" "The Washington Post"-ə istinadən xəbər verir ki, bu qərarı ABŞ Rusiya ilə münasibətlərdə gərginliyin artmasının qarşısını almaq üçün verib.
Kəşfiyyatçılar üçün daxili təlimat müvafiq məlumat növlərinə iki qadağa qoyub.
Qadağaların kateqoriyası, kəşfiyyat məlumatlarının paylaşılması, Ukraynaya öz sərhədləri xaricində Rusiya obyektlərinə hücum etməyə kömək edəcək hər hansı məlumata aiddir.
Verilən qərarın məqsədi ABŞ-ı “Ukraynanın Rusiya daxilində həyata keçirə biləcəyi” mümkün hücumlarda iştirakdan saxlamaqdır.
Aynurə Xudaverdiyeva