Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Həsənova paytaxtın Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə ataraq qaçıb.

***

11:18

Bakının Buzovna qəsəbəsində ölmüş döl tapılıb.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.

Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Polis İdaərisinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.