Yevlax rayon sakini İlqar İsmayılovun döyülməsi ilə bağlı may ayının 14-də “102” – Zəng Mərkəzinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a bildirilib ki, müraciətlə əlaqədar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İ.İsmayılova xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Faktla bağlı Yevlax RPŞ-nin İstintaq Bölməsində müvafiq ekspertiza təyin olunaraq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, İlqar İsmayılov Vətən müharibəsi şəhidi İntiqam İsmayılovun atasıdır.

Murad İbrahimli