Vladimir Putinin yaxın dostu Anatoli Sobçakın qızı, rusiyalı televiziya aparıcısı Kseniya Sobçak “casusluq” ittihamı ilə üzləşib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kseniya Sobçakın Putinə qarşı çıxması və müharibə əleyhinə açıqlamalar verməsindən sonra Rusiya lideri ilə xaç qızı arasında soyuq küləklər əsməyə başlayıb.
Kseniyanın atası Anatoli Putinin hüquq professoru və müəllimi olub. Kseniya isə “Playboy” jurnallarına verdiyi pozalar ilə qısa zamanda populyarlıq qazanıb. Hazırda Rusiya televiziyasında aparıcılıq edən Kseniyanın həm də Putinin xaç qızı olduğu bildirilir.
İndi isə Putinə qarşı müxalif mövqedə olduğu iddia edilən bu adların Kremli izlədiyi iddia edilib. Ölkədəki xarici fondların monitorinqini aparan qurumun rəhbəri Aleksandr İonov bildirib ki, Sobçakın gəlirlərinin xaricdən maliyyələşib-maliyyələşdirilmədiyini öyrənmək üçün yoxlamaya başlanılıb.
Sobçakın media orqanı olan “Ostorozhno Novosti”nin də istintaq altında olduğu açıqlanıb.
“Əgər qeydlərdə xarici vəsait aşkar edilərsə, Sobçak agent kimi qeyd olunacaq”, - İonov bildirib.
Gülayə Mecid