ABŞ-nin keçmiş prezidenti Donald Tramp Kanadaya xəbərdarlıq edib. O bildirib ki, əgər Ottava Fələstinin müstəqilliyini tanıyarsa, iki ölkə arasında ticarət sazişinin bağlanması prosesində ciddi problemlər yarana bilər.

"Unikal" xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.

"Kanada indi elan etdi ki, Fələstinin müstəqilliyini dəstəkləyir. Bu, onlarla ticarət razılaşması əldə etməyimizi çox çətinləşdirəcək. Ah, Kanada!!!", - deyə Tramp qeyd edib. 

Xatırladaq ki, Kanadanın Baş naziri Mark Karni daha əvvəl bəyan etmişdi ki, rəsmi Ottava sentyabr ayında Fələstini tanıya bilər.

Gülayə Mecid