Kamçatka sahillərində 6,5 bal gücündə zəlzələ olub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin filialı məlumat yayıb. 

Bundan sonra xidmət bu bölgədə 4,3-6,0 bal gücündə yeraltı təkanlar barədə daha 17 məlumat yayıb.

Bu gün Kamçatkada Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy vulkanı püskürməyə başlayıb. Geofizika xidmətinin filialı bildirib ki, yamaclardan isti lava axıb, partlayış səsləri eşidilib.

Xatırladaq ki, bu səhər Kamçatka sahillərində 8,7 bal gücündə 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Binalara ziyan dəyib, sahilyanı əraziləri su basıb. Səlahiyyətlilər ciddi dağıntı olmadığını bildiriblər.