ABŞ İrana dəymiş ziyanı kompensasiya etməlidir.

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Rəsmi bildirib ki, Amerika tərəfi İrana hücumun səbəbini açıqlamalıdır:

"Onlar danışıqların ortasında niyə bizə hücum etdiklərini izah etməlidirlər və bunu təkrar etməyəcəklərinə zəmanət verməlidirlər. Və dəymiş ziyanı ödəməlidirlər", - Əraqçi bildirib. 

Xatırladaq ki,  iyunun 22-də ABŞ İranın nüvə obyektlərini B-2 gözə görünməz bombardmançı təyyarələri ilə vurmuşdu.

Gülayə Mecid