Ermənistanda keçirilən etiraz aksiyaları zamanı saxlanılan müxalifətçilərin sayı artıb.
"Unikal" xəbər verir ki, indiyədək polis 352 müxalifətçini itatəsizlik aksiyasına görə saxlayıb.
***11:25
İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyaları zamanı 277 vətəndaş saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.
***10:56
İrəvanda müxalifətinin küçələrində keçirdiyi aksiyalar zamanı 73 nəfəri saxlayıb.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.
***09:58
İrəvanda müxalifət nümayəndələri Paşinyanın istefası tələbi ilə yenidən etiraz aksiyalarına başlayıblar.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, “Müqavimət” hərəkatının üzvləri şəhərin müxtəlif yerlərində küçələri bağlayıblar. İtaətsizlik aksiyalarını yatırtmaq üçün əraziyə çox sayda polis sövq edilib.
Xatırladaq ki, ötən gün Ermənistanda aksiyalara görə 417 nəfər saxlanılıb.
Gülayə Mecid