Ermənistanda "Daşnaksütyun" partiyası Ali Şurasının sədri Simon Simonyan itaətsizlik aksiyasında saxlanılıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Simonyan aksiya zamanı polis zorakılığı ilə üzləşib. Belə ki, səki ilə gedərkən polis digər aksiya iştirakçıları kimi Simonyanı da maşına mindirməyə çalışıb.
Nəticədə Simonyan "Qolumu sındırdın, heyvan" deyib. Polisə qeyri-etik müraciətinə görə Simonyan saxlanılaraq polis bölməsinə aparılıb.
Gülayə Mecid