Moldovanın sabiq prezidenti İqor Dodon saxlanılıb.

"Unikal" xəbər verir ki, Dodon korrupsiya və vətənə xəyanət daxil olmaqla, bir sıra cinayətlərdə şübhəli bilinir.

***10:29

Moldovanın eks-prezidenti Iqor Dodonun evində axtarışlar aparılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, bu barədə ölkənin Baş Prokurorluğun mətbuat xidməti məlumat yyaıb.

Bildirilir ki, eks-prezident passiv korrupsiya, qanunsuz varlanma və vətənə xəyanətdə şübhəli bilinir. Dodonun evində Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu, İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları axtarışlar aparıblar.

Gülayə Mecid