Çində üç yaşlı uşaq 18-ci mərtəbədən yıxılaraq sağ qalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı uşaq babası və nənəsinin himayəsində olub. Nəvəsinin yatdığını güman edən yaşlı qohumlar mənzilin qapısını bağlayaraq qısa müddətə ərzaq almağa çıxıblar. Yuxudan oyandıqdan sonra uşaq vanna otağının pəncərəsindən yerə yıxılıb.
Uşağın atasının sözlərinə görə, yıxılma trayektoriyasına 17-ci mərtəbədəki açıq pəncərənin təsiri olub və bu, oğlanın birbaşa ağaca enməsinə səbəb olub.
Hadisənin ciddiliyinə baxmayaraq, uşaq huşunu itirib. Ona qolu sınığı, onurğa sütununun əyilməsi və daxili orqanlarının zədələnməsi diaqnozu qoyulsa da, başı zədələnməyib.