Rusiyanın Ukrayna ilə müharibədə 13 milyard dollardan çox hərbi texnikası məhv edilib.

"Unikal" forbes.ua-ya istinadən xəbər verir ki, Rusiya Federasiyasının ən bahalı ləğv edilmiş hərbi obyekti Qara Dəniz Donanmasının flaqmanı - "Moskva" raket kreyseri olub.

"Onun dəyəri 750 milyon dollar idi. Moskvadan başqa məhv edilən ən bahalı Rusiya obyektləri İL-76 nəqliyyat təyyarəsi (86 milyon dollar) və iri “Saratov” desant gəmisi (75 milyon dollar) olub”, - məqalədə deyilir.

KİV həmçinin son 7 gündə təxminən 400 milyon dollar dəyərində düşmən texnikasının məhv edildiyini açıqlayıb. 

Gülayə Mecid