Xuzistan əyalətinin baş prokuroru Sadiq Cəfəri bugünkü açıqlamasında Abadanda 10 mərtəbəli Metropol binasının çökməsi ilə bağlı bir neçə dövlət məmurunun saxlanıldığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
O qeyd edib ki, saxlanılan 10 nəfər arasında Abadanın hazırkı bələdiyyə başçısı və iki keçmiş bələdiyyə sədri də var.
Qeyd edək ki, mayın 23-də yerli vaxtla 12:30-da Abadanda 10 mərtəbəli bina çöküb. Hadisədə 8 nəfər ölüb, 32 nəfər yaralanıb. Onlarla insanın hələ də dağıntılar altında qaldığı bildirilir.