Ötən il koronavirus pandemiyası ilə mübarizəyə 807 milyon manat xərclənib.
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da bu məbləğ kifayət etməyib:
“Pandemiya ilə mübarizə üçün əlavə olaraq həm dövlət büdcəsinin ehtiyat fondundan 266 milyon manat, icbari tibbi sğorta fondundan 280 milyon manat ayrılıb. Ayrılmış vəsait əsasən vaksinlərin və müvafiq tibbi avadanlıqların alınmasına, həkimlərə, könüllülərə xüsusi ödənişlərə və digər tibbi xərclərə sərf edilib”.