"Azərişıq" ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir. Şamaxının Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şamaxının ucqar dağ kəndləri olan Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
Yenidənqurma nəticəsində 25 abonenti olan Səfalı kəndində 1 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 3 km-a yaxın 10 kV-luq, 1 km-dan çox 0,4 kV-luq eleketrik xətti yenilənib.
Şamaxının Kərkənc kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 144 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 18 km-a yaxın 10 kV-luq, 5 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdirilib.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunub. Şamaxının Səfalı və Kərkənc kəndləri ilə yanaşı, rayonun Mədrəsə qəsəbəsi, Zarat Xeybəri və Ərçiman kəndlərində də yenidəqurma işləri başa çatıb. Ümumilikdə 900-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.