Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.
"Unikal" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, yeni "Əmək və Məşğulluq" altsisteminin istifadəyə verilməsi ilə kadr inzibatçılığı insan resursları ilə əvəz olunacaq.
Agentlik sədri əlavə edib ki, əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron qaydada həyata keçiriləcək.