“Rüfət müəllim kino çəkilməsinə vəsaitin artırılmasını təklif edir. Amma biz hesab edirik ki, kinoya ayrılan pulu yarı-yarıya kəsmək olar".
"Unikal" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Bu, indiki şəraitdə bizim fikrimizdir. Hesablama Palatasının rəyinin 121-ci səhifəsində kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi barədə məlumatlar var”, - deyə Palata sədri bildirib.
Qeyd edək ki, deputat Rüfət Quliyev bildirib ki, Azərbaycanda kino çəkmək üçün hər il dövlət büdcəsindən 5-6 milyon manat vəsait ayrılır. Onun sözlərinə görə, həmin pulla indi ancaq cizgi filmi çəkmək olar.