Təhsil nazilriyi Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlara münasibət bildirib.

"Unikal" xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, hazırda məsələ araşdırılır:

"Araşdırmanın nəticəsi  barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

xxx

17:56

"Şabran şəhər 1 saylı körpələr evində uşaqları ac saxlayırlar".

"Unikal" xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib.

Bildirib ki, uşaqlara verilən günorta və axşam yeməyi peçenya və bir dilim çörəkdən ibarətdir:

“Bu hansısa əsir düşərgəsində uşaqlara verilən qida deyil, bu Şabran şəhər 1 saylı körpələr evində uşaqlara verilən günorta və axşam yeməyidir. Vicdanınız olsun, bəsdir dövlət büdcəsindən oğurladınız. Uşaqlar acından ağlayır. Nə qədər uşaqların yeməyini oğurlamaq olar? Bu yeməyi öz övladlarınıza rəva görərsiniz?" deyə qeyd edib.