Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov Bakının Nərimanov rayonunda yanğın baş verən əraziyə gəlib.
O, "Unikal"a açıqlamasında bildirib ki, Bakı Elektrik Maşınqayırma zavodunun ərazisində yanğının olması haqqında məlumat FHN-ə 13:06-da daxil olub.
"İlkin yanğınsöndürmə briqadaları məlumatdan 6 dəqiqə sonra hadisə yerinə çatıb. Yanğının həcmi böyük olduğundan onun ətraf ərazilərə yayılma təhlükəsini nəzərə alaraq əraziyə 20 texnika və 80-ə yaxın əməkdaşımız cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın 1 saata lokallaşdırılıb. Yanğın zamanı 2 nəfər əməkdaşımız yüngül xəsarət alıb. Hazırda onların həyatı üçün təhlükə yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır", - deyə general bildirib.
Ağarza Elçinoğlu