Şirvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Quliyev vəzifəsindən azad edilib.
"Unikal" Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, H.Quliyev təqaüdə göndərilib. Onun yerinə isə polis polkovniki Füzuli Əhmədov təyinat alıb.
Qeyd edək ki, F.Əhmədov bu təyinatadək Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən il nazir Vilayət Eyvazovun əmri ilə, Şirvan Şəhər Polis İdarəsinin rəisi Hikmət Quliyevə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə töhmət verilmişdi.