Milli Məclisdə 2021-ci il dövlət büdcəsinin icrası qəbul edilib.

"Unikal" xəbər verir ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

***11:08

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

"Unikal" xəbər verir ki, iclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər qonaqlar iştirak edir.

Hesabatda qeyd olunub ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.

Anar Kəlbiyev