Bir neçə gün öncə ev dustaqlığına buraxılan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xəstəxanaya yerləşdirilib.
Bu barədə "Unikal"a açıqlamasında onun atası Yanvar Müslümov məlumat verib.
"Oğlum Səlim ev dustaqlığına buraxılan gündən xəstəxanadadır. Hələ ki, onun üzünü görə bilməmişik. Səlimin xəstəxanada olduğunu eşidəndən ağlayıram. Yoldaşım da, mən də özümüzə gələ bilmirik", - deyə o bildirib.
Qeyd edək ki, Səlim Müslümov qan təzyiqindən şəkərli diabetdən əziyyət çəkir.
Murad İbrahimli