Azərbaycan uşaqların sayına görə regionda seçilən dövlətlərdəndir.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, ölkəmizdə 14 yaşadək uşaqların sayı 2 milyon 260 min nəfərdir:
"Azərbaycanda 17 yaşadək 2 milyon 634 min uşaq yaşayır. Azərbaycan təbii artım səviyyəsinə görə də fərqlənir. Pandemiyadan əvvəlki il təbii artım 7,3 faiz olub. 2020-ci ildə isə savaş və pandemiya səbəbindən bu rəqəm 3.6 faizədək azalıb. Bununla yanaşı, Azərbaycan əhalinin yaş strukurunda uşaq və gənclərin sayına görə regionda öndə olan dövlətlərdəndir".