2 iyun tarixindən 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən "Unikal"a verilən məlumata görə, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0,35 manat müəyyən edilib.
Qeyd edək ki, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı əvvəl 0.40 AZN idi.