Azərbaycanda işgüzar səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Qava ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, görüşdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, yaşıl texnologiyaların tətbiqi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda dayanıqlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.