Azərbaycanda işgüzar səfərdə olan Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Matsey Çura ilə ekologiya və təbii sərvətlər Naziri Muxtar Babayev arasında görüş olub.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycanın ətraf mühit sahəsi üçün potensial investisiya imkanları, su resurslarının səmərəli idarə olunması ilə bağlı layihələr, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.