Türkiyənin Qaziantep vilayətində şiddətli fırtına səbəbindən tikilməkdə olan evin divarı uçub.
"Unikal" xəbər verir ki, vilayətin Araban rayonunda baş verən hadisə nəticəsində 2 uşaq həlak olub, 3 uşaq isə yaralanıb.
Yaralı olan 3 uşağın xəstəxanada müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma başlanılıb.