“Kəlbəcərdə Ağduzdağ və Daşkəsən ərazisində Qaşqaçay yataqlarının artıq istismar mərhələsinə başlanılıb”.
"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
O bildirib ki, ölkədə dağ-mədən sənayesinin yüksəlməsi istiqamətində işlər davam edəcək:
“Azad olunan əraizlərdə 800-ə yaxın filiz, qeyri-filiz yataqları mövcududur. Yaxın gələcəkdə mineral xammal bazası rolunu oynayacaq”.