Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Nigar Bağırova saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 200 qramdan artıq metamfetamin və 1 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.