Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətuat xidmətindən "Unikal"a verilən məlumata görə, Böyük Bəhmənli kəndində yolun kənarında dayanmış Aşağı Yağlıvənd kənd sakini T.Ağammədov müəyyən edilməmiş avtomobillə vurulub. Qəza nəticəsində ağır xəsarət alan T.Ağammədov hadisə yerində ölüb.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.