Bakıda körpünün üstündə qəza olub, yollarda sıxlıq yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Ziya Bünyadov prospekti Qara Qarayev prospekti istiqamətdə körpünün üzərində baş verən nəqliyyat hadisəsi həmin istiqamətdə sıxlığa səbəb olub.