Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Hamm-Lippstadt şəhərindəki universitet şəhərciyində bıçaqlı  başqın olub.

"Unikal" xəbər verir ki, silahlı şəxs 4 nəfəri yaralayıb.

34 yaşlı cinayətkar bəzi tələbələr tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Hadisə nəticəsində üç qadın və bir kişi yaralanıb. Hadisənin ciddiliyi nəzərə alınaraq hadisə yerində vertolyot tələb olunub. Baş verən faktla bağlı polis araşdırma aparır.