Azərbaycan Rusiyaya nota verib
18:15 26-02-2013
SİYASƏT
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib.
XİN mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, görüşdə nazir müavini Mahmud Məmməd-Quliyev Xocalı Soyqırımının ildönümü ərəfəsində, 25 fevral tarixində Rusiyanın "Ria-Novosti" dövlət informasiya agentliyinin internet səhifəsində "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" başlıqlı məqalənin dərc edilməsinin Azərbaycan tərəfindən narazılıq və narahatlıqla qarşılandığını söyləyib.
Nazir müavini qarşı tərəfin diqqətinə çatdırıb ki, Azərbaycana qarşı yönəlmiş məlumatların Rusiya KİV-də yayılması hallarının son zamanlar geniş vüsət aldığı müşahidə edilməkdədir. Azərbaycana qarşı belə məlumatın məhz, Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yerləşdirilməsinin xüsusilə təəssüf hissi doğurduğu və ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə kölgə saldığı vurğulanıb.
Məqalədə həmçinin, reallığın əks olunmadığı, separatçılıq və ekstremizmə çağırışların səsləndiyi və ərazi bütövlüyü prinsipinə hörmətsizliyin ifadə olunduğu Rusiya səfirinin diqqətinə çatdırılıb.
Azərbaycan rəsmisi 1997-ci ilin 3 iyul tarixində Rusiya ilə Azərbaycan arasında imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin 5-ci maddəsində hər iki dövlət tərəfindən separatizmin bütün təzahürlərinin pisləndiyinin və bir-birinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatçı hərəkətləri dəstəkləməmək, habelə öz ərazisində təşkilat və qrupların yaradılması və fəaliyyətini, ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan etmək və qarşısını almaq öhdəliyinin əks olunduğunu xatırladıb. Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yer almış bu təxribat xarakterli məqalənin Azərbaycan və Rusiya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, sözügedən Müqavilənin məğzinə və müddəalarına zidd olaraq ölkələrimiz arasında formalaşmış münasibətlərə xələl yetirdiyi qeyd edilib.
Nazir müavini Mahmud Məmmədquliyev Rusiya səfirinə etiraz notası təqdim edərək, məsələnin araşdırılacağına və müvafiq tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.
Digər Xəbərlər
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58