Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yevlax şəhərində vətəndaşları qəbul edib.
"Unikal" xəbər verir ki, görüşdə Yevlaxla yanaşı, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhəri sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib.
Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, vətəndaşlarla görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən təşkil olunub.