Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının son 15 gündə keçirdikləri əməliyyatlar zamanı narkotik vasitə və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 7 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri - Həsən Gəncəliyev və Səyyad Əhmədov saxlanılıb. H.Gəncəliyevin rayonun Hənifə kəndi ərazisindəki meşəlikdə, S.Əhmədovun isə qarğdalı sahəsində yetişdirdiyi narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.Həmçinin, şəxsi axtarış zamanı H.Gəncəliyevdən qurudulmuş marixuana da aşkarlanıb.
Keçirilən növbəti əməliyyatlar zamanı isə Kamran Əliyev, əvvəllər də eyni əmələ görə 3 dəfə məhkum olunmuş Sərxan Mirzəyev, Kamil Məmmədov, Kənan İmamverdiyev və Rövşən Məmmədov saxlanılıb. Onların üzərilərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.