Beynəlxalq Futbol Federasiyası (FİFA) əcnəbi məşqçi və futbolçulara Rusiya klubları ilə 2023-cü il iyunun 30-dək müqaviləni dayandırmağa icazə verib.
"Unikal" xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Analoji icazə Ukrayna komandalarında çıxış edən əcnəbi futbolçu və məşqçilərə də verilib.
FİFA-nın qərarına əsasən, Ukrayna Futbol Assosiasiyasının (UAF) və ya Rusiya Futbol İttifaqının (RFU) üzvü olan klublar 2022-ci il iyunun 30-dək öz əcnəbi futbolçuları və məşqçiləri ilə qarşılıqlı razılıq əldə etmədikdə və yazılı razılıqla bağlı başqa hal nəzərdə tutulmadıqca, bu oyunçular və məşqçilər 30 iyun 2023-cü ilə qədər klubları ilə əmək müqavilələrini dayandırmaq hüququna malik olacaqlar.