Azərbaycanda inflyasiya rəsmi qaydada 12,5 faiz nəzərdə tutulsa da, bazarda olan qiymətlərin sürətlə artımı onu göstərir ki, bu rəqəmlər də sabit olaraq səsləndirilməyəcək, ciddi dəyişikliklər olacaq.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat həmçinin Azərbaycanda sahibkarlıq sahəsində olan problemlərə diqqət çəkib:
“Büdcədə istiqamətlərlə bağlı tövsiyə olunur ki, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi üçün 163 milyon manat, bölgədə isə bir milyon manat vəsait ayrılıb. Fikrimcə, sahibkarlığın inkişafı üçün heç bir vəsait ayırmaq lazım deyil. Sadəcə maneləri aradan qaldırmaq lazımdır. Bu istiqmətdə yoxlamalar dayandırılıb, amma Azərbaycanda qeyri-rəsmi olaraq sahibkarların fəaliyyətinə maneə olan kifayət qədər çox elementlər var. Bunun da başında inhisarçılıq gəlir”.
Deputat qeyd edib ki, bank kreditlərinin faizlərinin aşağı salınsa, sahibkar özü-ozünü istənilən səviyyədə inkişaf etdirəcək.
Anar Kəlbiyev