Deputatlar Moldovada fövqəladə vəziyyətin iyunun 24-dən başlayaraq daha 45 gün uzadılmasına səs veriblər.
"Unikal" xəbər verir ki, bu barədə “NewsMaker” məlumat yayıb.
“Mən parlamentə fövqəladə vəziyyətin davam etdirilməsi zərurətini əsaslandırmaq üçün gəldim”, - baş nazir Natalya Qavrilitsa bildirib.
O, qeyd edib ki, tədbir Fövqəladə Hallar üzrə Milli Komissiyaya sərhəd təhlükəsizliyi, ictimai asayiş, qaçqın axınının idarə olunması, qaçqın uşaqların təhsil müəssisələrinə yerləşdirilməsi, qaçqınlara tibbi yardımla bağlı qərarların qəbulunu davam etdirməyə imkan verəcək. Komissiya həmçinin ölkədəki enerji böhranını və yükdaşımalarla bağlı böhranı idarə edə biləcək.
Bundan əvvəl Fövqəladə Hallar Komissiyası Moldovada fövqəladə vəziyyət rejiminin iyunun 24-dən başlayaraq daha 45 gün uzadılması barədə qərarı təsdiqləyib. Komissiya “ölkənin enerji təhlükəsizliyi, sərhəd təhlükəsizliyi üçün risklərin davam etdirilməsi və qaçqın axınının sonrakı idarə olunmasının zəruriliyi” ilə izah edib.
Gülayə Mecid