Büdcəmiz inkişaf büdcəsidir və növbəti illərdə Qarabağ regionu Azərbaycan iqtisadiyyatının mühüm hissəsi olacaqdır.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin iki komitəsinin Şuşada keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, büdcədə də məhz Qarabağ regionunun inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulub.
O qeyd edib ki, artıq Araz vadisi və Ağdam iqtisadi zonaları yaradılıb və Ağdam iqtisadi zonasında ilk rezidentlərimiz də var. Bütün bunlar bu regionda iş yerlərinin yaradılmasına və zonanın iqtisadi inkişafına müsbət təsir edəcəkdir.