Milli Müdafiə naziri Hulusi Akar Rusiya ilə Ukrayna arasında müharibənin yaratdığı taxıl böhranının həlli ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, Nazir Akar İstanbulda əməliyyat mərkəzinin yaradılması ilə bağlı rəyin olduğunu bildirib . Nazir Akar "İstanbulda əməliyyat mərkəzinin yaradılması ilə bağlı fikir var. Tərəflərin ölkəmizə ciddi etibarı var” deyib.
O, Ukrayna tərəfi ilə də taxıl koridoruna dair danışıqların aparılacağını bildirib.