Marmarisdə baş verən meşə yanğını ilə bağlı 1 nəfər saxlanılıb. Şübhəlinin dindirilməsi davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.
Nazir Soylu, "SA adlı şəxs özünü etiraf etdi. O bölgə ilə bağlı keçmişdən ticarət mübahisəsi olduğu üçün əsəbiləşərək yandırdığını söyləyib. Şühbəli ailə arasında yaranan fikir ayrılığına görə əsəbiləşdiyini, hətta özünü öldürmək istədiyini söyləyib"- deyə nazir bildirib.
Qeyd edək ki, Muğlanın Marmaris rayonunda meşəlik sahədə 21 iyunda axşam saatlarında başlayan yanğına havadan və qurudan müdaxilə davam edir. Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kirişçi, Marmarisdə meşə yanğınına yaxın ərazidə olan 103 ailə və 274 şəxsin təxliyə edildiyini açıqlayıb.