2022-ci ilin əvvəlindən 48 ölkədə 3,2 mindən çox meymunçiçəyinə yoluxma halı aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
"Cəmi altı həftə əvvəl ÜST Böyük Britaniyadan kənara səyahət etməyən insanlar arasında meymunçiçəyi xəstəliyinə üç yoluxma halından ibarət klaster barədə bildiriş alıb. O vaxtdan bəri, Nigeriya da daxil olmaqla 48 ölkədən ÜST-ə 3200-dən çox təsdiqlənmiş meymunçiçəyinə yoluxma və bir ölüm hadisəsi barədə məlumatlar gəlib", - deyə təşkilatın baş direktoru qeyd edib.
Onun sözlərinə görə, virusun insandan insana ötürülməsi miqyası "yəqin ki, lazımi səviyyədə qiymətləndirilməyib".